“Bildiyimiz kimi, son vaxtar koronavirusa yoluxma halları artmaqdadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim infeksionist Sadiqə Əliyeva deyib. Həkim qeyd edib ki, bu, yeni ştammla əlaqəlidir:
“Yeni ştammın yoluxduruculuğu çox olsa da, ancaq xəstəlik o qədər ağır keçmir. Ona görə də, qapanmaların olma ehtimalını düşünmürəm. Çünki gördüyünüz kimi, ölüm halları da çox azdır. Əvvəlki ştammlara nisbətən xəstəlik də yüngül keçir. Ona görə də, evdə ambulator müayinə alan xəstələrin sayı daha çoxdur”.

S.Əliyeva qeyd edib ki, ehtiyac olarsa yenidən maska taxılması mümkün ola bilər:
“Yəni, ehtiyac olarsa maska taxıla bilər, ancaq hələ ki, buna zərurət yoxdur”.
Aynurə Demokrat.az


