“Dünya təcrübəsi onu göstərir ki, müharibədən sonra müharibə iştirakçılarının bir çoxunda posttravmatik sindromlar müəyyənləşir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, onun müalicəsi üçün çox ciddi, peşəkar psixoloji yardıma ehtiyac var:
“Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülməlidir və qazilərimizə dəstək üçün müvafiq bir struktur yaradılmalıdır. Həmin struktur psixoloji dəstəyi həyata keçirərək, qazilərimizə çox ağır problemlərinin həllində kömək olmalıdır”.
Aynurə Demokrat.az


