Siyasət Özəl

İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? — ŞƏRH

İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? — ŞƏRH

Azərbaycan işğal altındakı torpaqlarını Ermənistandan azad etdikdən sonra gələn yeni nəqliyyat xətləri və dəhliz mövzusu gündəmdədir. İndiki halda, yeni nəqliyyat dəhlizindən ən çox narahat ölkə ikimi İran görünür. İran Naxçıvanı və Türkiyəni Azərbaycana bağlayacaq bu dəhlizin açılmasının qarşısını almaq üçün Ermənistanı davamlı təhriə sövq edir. Ötən gün İranın ali dini rəhbəri Əli Xameneinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı da diqqətdən yayınmadı. Bəs, İran nəyi həzm edə bilmir? Niyə Zəngəzur dəhlizinin açılmasını istəmir?

İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? — ŞƏRH

Suallarımızı cavablandıran politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında bildirib ki, bunun başlıca səbəbi Ermənistana birbaşa yolun bağlanması məsələsidir. Çünki Zəngəzur dəhlizinin gələcək prespektivdə Azərbaycan və Türkiyənin nəzarətinə keçmə ehtimalını düşünürək İran o qənaətə gəlir ki, İranla Ermənistanın yeganə qapısı, sərhədi bağlanacaq. Bunu da İran heç bir vəchlə istəmir:

“İran və Ermənistan sözün əsl mənasında geosiyasi və geoiqtisadi maraqlar baxımından iç-içə olan dövlətlərdir. Onlar bəzi cinayətkar əməllərini çox rahatlıqla birgə həyata keçirirlər. Azərbaycanın Qarabağ əraziləri böyük narkotrafik, həm də terrorçulara göndərilən silahların satılması üçün İran üçün bir qara dəlik rolunu oynayıb. Bunu bütün dünyada bilməyən yoxdur. Bütün bu məsələlər bilavasitə İran və Ermənistanın sövdələşməsi nəticəsində baş verib. Ayrıca, İran narkotrafikdən, narkotikadan illik 50 milyard dollar “qazanc” əldə edən ölkədir. Bu prosesləri isə yürüdən İran inqilab mühafizəçi ordusudur, yəni SEPAH-dır. Bunu da bilməyən yoxdur. Ona görə də, bu sərhədlər bu gün İran dövləti üçün əslində bir növ vazgeçilməz sərhədə, qapıya keçirilib, ona görə də, bu sərhədin bağlanmasını İran istəmir. Ən nəhayət üçüncü geosiyasi maraq türk dövlətlərinin arasında olan maneənin, əngəlin aradan qaldırılmasını istəməməsidir. Çünki Ermənistan süni, bic dövlət olaraq türk dövlətləri arasında yaradılmış əngəldir. Bu əngəlin yaradılmasında əsas düşünülən geosiyasi məqsəd də məhz Türk cümhuriyyətlərinin birləşə bilməməsidir. Çünki bu əngəl olan ərazilər, yəni Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütövlükdə 300 milyonluq Türk dünyasının birləşməsi üçün çox ciddi coğrafi strateji ərazidir. Ona görə də, Türk dövlətlərinin bu regionda daha da güclənməməsi üçün və quru əraziləri vasitəsilə çox rahatlıqla birləşə bilməməsi, əlaqə saxlaya bilməməsi üçün Rusiya kimi İran da əlindən gələni ortaya qoyur”.

“Ona görə də, açığı mən Xameneinin dünənki savadsız açıqlamasında sonra o qənaətə gəldim ki, bütövlükdə İran heç bir zaman Türk dövləti ilə ulduzu barışmayacaq bir dövlətdir. Çünki fars şovinizmi, millətçiliyi o qədər dərinlərə işləyib ki, onlar türkləri hər zaman özləri üçün bir düşmən ünsürü kimi görüblər və bu gün də görməkdə davam edirlər. Belə olduğu təqdirdə, “3+3” əməkdaşlıq platforrması çərçivəsindən düşünürəm ki, İranı çıxartmaq lazımdır. Biz nə qədər İrana dost əli uzatmış olsaq belə, əmin olun ki, İran mütləq mənada Azərbaycana qarşı öz düşmənçiliyini davam etdirəcək. Ayrıca mən o işin də əleyhinəyəm ki, İranın bəzi şirkətləri Qarabağın yenidən tikilməsi məsələsində cəlb edilib. Qətiyyən buna imkan vermək olmaz. Hansı üstünlüklərinə görə İran şirkətləri Azərbaycanın Qarabağ bölgəsinin yenidən inşa olunması prosesində iştirak edir? Hansı ki, İran 44 günlük müharibədə birmənalı olaraq Ermənistana hər vəchlə yardım edirdi. Həm Rusiyadan silahların daşınmasında, həm də torpaqların azad olunmasında İran əlində gələni etdi və Ermənistana zaman qazandırdı ki, Azərbaycan tezliklə bu qələbəni əldə edə bilməsin. Ona görə də, biz İrana bəzi üstünlükləri verməmliyik”.

Politoloq hesab edir ki, İrana qarşı adekvat addımlar atılmalıdır:

“İranla bəzi anlaşmalar və müqavilələr var ki, düşünürəm ki, Zəngəzurun açılmasına birmənalı əngəl olan İrana qarşı adekvat addımlar atılmalıdır. Yəni, İranla birgə hər hansı bir layihənin həyata keçirilməsinin üstündən xəttə çəkilməlidir. Çünki biz nə qədər güzəştə getmiş olsaq belə, İran bundan daha artığını hər dəfə bizdən istəyəcək. Bu nəyə görə olmalıdır? Düşünürəm ki, İran bunu haqq etmədiyi üçün bu təkcə Azərbaycanla bağlı məsələ deyil, həm də qardaş Türkiyə də bu məsələdə düşünməlidir. Bu yöndə Azərbaycan və Türkiyə birgə qərar verməlidir. Yalnız bundan sonra İranı özünə gətirmək olar. Bilirsiniz ki, iqtisadi sanksiyalar fonunda İranın ən çətin vəziyyətində ona əl uzadan, bu çətin vəziyyətdən çıxmasına şərait yaradan iki qardaş ölkə məhz Türkiyə və Azərbaycan olub. Ancaq Azərbaycana yönəlik bəzi Azərbaycanın maraqları kontektsində addımlar atılmağa gəlincə, fikir verirsinizsə, İran düşmənçiliyini yenə də geriyə qoymur. Ona görə də, düşünürəm ki, İranın siyasətinə qarşı adekvat siyasət, demirəm ki, artığını, ən azından ona cavab olaraq öz misli qədər bir siyasət qarşsına qoyulmalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az