Sosial Özəl

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

Yay mövsümündə insanların əksəriyyəti dənizə üz tutur. Bura gələnlər təbii ki, istirahət edib dincəlmək istəyir. Amma bəziləri hər kəsin əyləncəsini özü ilə gətirdiyi ev heyvanı ilə birlikdə korlayır. Dənizin son vaxtlar həm də itlərin çimdirildiyi məkana çevrildiyini desək yanılmarıq. Vətəndaşlar problemi xəbərdaredici nişanların olmamasında görür. Əgər bu nişan olarsa, heç kim dənizə it gətirməz.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət öyrənmək istədik. Qurumdan deyildi ki, məsələnin onlara heç bir aidiyyatı yoxdur. FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Aqşin Əlili bildirdi ki, qurum yalnız insanların sularda təhlükəsizliyinə cavabdehdir.

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

“Biz çimərliklərdə yalnız insanların sularda təhlükəsizlik tədbirlərini həyata keçiririk. Qısacası, sularda xilasetmə və axtarış-xilasetmə tədbirlərini həyata keçiririk. Digər məsələlər artıq bizim xidməti səlahiyyətlər xaricindədir.”

Koronavirus və meymunçiçəyi kimi xəstəliklərin dünyada tüğyan etdiyi bir vaxtda düşündük ki, Respublika Gigiyena və Epidemiologiya mərkəzi problemə həssaslıq göstərər və hər hansısa bir fikir deyilər. Amma düşündüklərimiz bizi yanıltdı. Qurumun cavabsız qoyduğu məsələdə TƏBİB önə keçdi və suallara aydınlıq gətirildi. Kliniki Tibbi Mərkəzin şöbə müdiri Fərrux Sədirov məsələ ilə bağlı bunları bildirdi.

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

“İtlərdən həm toksoplazma, exnakoq, həm də dəri infeksiyalarına səbəb ola biləcək, qoturluq, gənə xəstəlikləri və bu bit, pedikulyoz dediyimiz xəstəliklər keçə bilər. Bu qrupdan olan bir çox xəstəlik var. Dənizdə bəhs elədiyim məsələlərdən dolayı, heyvanın ifrazatı ilə də xəstəlik yoluxa bildiyinə görə, birlikdə çimdirilməsi, insanlarla bir yerdə, yanaşı doğru sayılmır.”

Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli, 38 nömrəli qərarına əsasən ev heyvanlarının ictimai iaşə müəssisələrində, o cümlədən, çimərliklərdə saxlanılması və gəzdirilməsi qadağandır. Bəs nə üçün vətəndaşlar buna riayət etmir? İnzibati xətalar Məcəlləsi ilə bu necə tənzimlənir?

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, həmin şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun cərimə nəzərdə tutulur.

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

“İtlərin cilovsuz, iri itlərin isə buruntaxsız ictimai yerlərdə və nəzərdə tutulmayan ərazilərdə gəzdirilməsinə görə şəxs barədə 200 manat məbləğində inzibati tənbeh tətbiq edilir. Əgər polis əməkdaşları bu hadisəni 2-ci dəfə törədən şəxsi aşkarlayarlarsa, həmin şəxs barədə 300 manat məbləğində inzibati tənbeh tətbiq ediləcək. Əgər buruntaqsız və cilovsuz it digər şəxsə xəsarət yetirərsə, həmin itin sahibi barədə inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 1000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.”

Millət vəkili Vüqar İskəndərovun sözlərinə görə qanunun sərtləşdirilməsinə ehtiyac var.

İtlərlə ortaq dənizimiz var — ARAŞDIRMA

“Bununla bağlı qanunlar sərtləşdirilməlidir. Cərimələr nəzərdə tutulmalıdır. İctimai yerlərdə, çimərliklərdə, ictimai iaşə müəssisələrində, stollara yaxın yerlərdə biz bunları görürük. Heyvanlarını xüsusilə gətirirlər. Xüsusi olaraq bağlayırlar. Bunların hər biri həm təhlükəlidir. Həm gigiyenik olaraq düzgün deyil.” Bu məsələdə ictimai qınaq önəmlidir. Qumda gün şüası qəbul edib çimərlikdə dincələn bizik. Ona görə də, insan faktorunu düşünüb hərəkət etməli, itlərimizi dənizə aparıb suya salmamalıyıq. Ən azından sağlam gələcək, sağlam cəmiyyət naminə.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az