Gündəm Özəl

Deputat: “Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapıdır”

Deputat: “Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapıdır”

“Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Avropa ittifaqı ilə əməkdaşlıqın genişləndirilməsi istiqamətində hüquqi baza yaratmaqla, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə yol açacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, imzalanmış Memorandum Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri möhkəmlətməklə. əməkdaşlığa dair yeni ikitərəfli sazişin imzalanmsını sürətləndirəcək:

“Beləliklə, enerji sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumun əsasən üç istiqmətdə əhəmiyyəti olacağını hesab edirəm. Birinci istiqamət imzalanmış sənəd Avropa İttifaqına qaz ixracımızı artırmağa imkan verəcək. Bununla əlaqədar Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəlik götürür və yaxın müddətdə bu həcm 20 milyard kubmetrə çatdırılacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın böyük təbii qaz potensialı var:

“Tezliklə yeni yataqların istismara verilməsi istiqamətində işlər görüləcək və Azərbaycan daha böyük həcmdə təbii qaz potensialı ilə Avropa İttifaqının bazarında möhkəmlənəcək. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində geniş rol almış etibarlı tərəfdaşdır. İkinci istiqamət isə Azərbaycanın bərpa olunan enerji resurslarının Avropa İttifaqına nəql edilməsidir. Avropa İttifaqı Azərbaycanın bərpaolunan enerji potensialını yüksək dəyərləndirir. Belə ki, işğaldan azad olunmuş ərazilərimizin bərpa olunan enerji potensialı 920 meqavat, Xəzər dənizin potensialı isə 152 qeqavat dəyərləndirlir. Təbii ki, bu böyük yaşıl enerji potensialımız Avropa İttifaqı üçün vacibdir. Ona görə də, imzalanmış memoranduma uyğun olaraq Azərbaycanın bərpaolunan enerji resurslarının istehsalına və ixracına investisyalar yatırılacaqdır. Bu baxımdan Avropa İttifaqını təmiz enerji ilə təmin edilməsində Azərbaycan etibarlı və vacib aktora çevriləcək”.

Millət vəkili əlavə edib ki, Azərbaycan Avropa İttifaqı üçün Mərkəzi Asiya ölkələrinə və Şərqə açılan qapıdır:

“Azərbaycan şəbəkəsini təşkil edən Bakı Ticarət Limanı, BTQ dəmir yolu, Cənub-Şimal, Qərb Şərq nəqliyyat dəhlizləri və açılışı reallaşmaq üzrə olan Zəngəzurdan keçəcək Orta Dəhliz Avropa İttifaqının Azərbaycan üzərindən imkanlarını genişləndirir. Digər bir məsələ isə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişin imzalanmasına hazırlıq işlərin görülməsidir. Bu gün XİN Ceyhun Bayramovun rəhbərliyi altında nümayəndə heyətimizin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı ilə imzalanacaq yeni sazişlə bağlı məsələlər müzakirə olunacaq. Beləliklə, həm enerji sahəsində Strateji Əməkdaşlıqa dair Anlaşma Memorandum, həm də imzalanacaq yeni ikitərəfli saziş Avropa ittifaqı ilə Azərbaycan arasındakı əlaqələri yeni müstəviyə çıxaracaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az