Sosial

Bağçalara qəbul zamanı bəzi kateqoriyadan olan uşaqlara üstünlük veriləcək — SİYAHI

Bağçalara qəbul zamanı bəzi kateqoriyadan olan uşaqlara üstünlük veriləcək — SİYAHI

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı bir sıra kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq.

Bu barədə Demorat.az-a Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, aşağıdakı kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq:

1. Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

2. Tək işləyən valideynlərin övladları;

3. I və II qrup əlillərin övladları;

4. Hərbi xidmətdə olan valideynlərin övladları;

5.Təhsilalan anaların övladları;

6. Çoxuşaqlı ailələrdən olan uşaqlar;

7. Qəyyumluqda olan uşaqlar.

D
demokrat.az