17 iyul 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Güləş hamı üçün” devizi altında sərbəst güləş idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib.
Demokrat.az bildirir ki, Salyan şəhəri Heydər Əliyev küçəsi 107 ünvanında yerləşən Uşaq Əyləncə parkında təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.İdmançılar sərbəst güləş idman növü üzrə təcrübəli məşqçi müəllimlər Nahid Məmmədov, Ziyafət Burziyev və Tural Cavadovun rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdirmişlər.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında güləş idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir. 




