Özbəkistan Respublikası COVID-19 pandemiyası ilə əlaqədar Rusiya Federasiyasına dayandırılmış avtobus reyslərini bərpa edir.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Moskva, Kazan və Sankt-Peterburq şəhərləri ilə müntəzəm avtobus reysləri bərpa olunacaq” - Özbəkistanın Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunur.


