Bakı şəhərinin Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p/m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb.
Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunur ki, qurumun yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Leyla Demokrat.az


