“İyun ayının ortalarından başlayaraq aşkarlanan nöqsanlar aşağı düşməyə başlayıb”.
Demokrat.az xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bugünkü mətbuat konfransında deyib.
O, vurğulayıb ki, aidiyyatı qurumlarla birgə 4500-dən yuxarı obyektlər üzrə yoxlamalar aparılıb:
“Yoxlama zamanı 500-dən yuxarı nöqsan aşkarlanmışdır. Nöqsanlar isə müxtəlif olmuşdur. Əsasən layihə- smeta sənədlərinə uyğun olmayan şəkildə qazdan istifadə olunması halları aşkarlanmışdır. Hansı ki, orada isitmə sistemi ilə bağlı qaz təminatı olub, lakin obyekt sahibi tərəfindən qaz xətti çəkilərək, digər məqsədlər üçün istifadə olunması hallarına rast gəlinib. Həmin vaxt ərzində qaz təminatı dayandırılıb”.
Aynurə Demokrat.az


