Sosial

DİN-dən Gəncədəki dava ilə bağlı AÇIQLAMA

DİN-dən Gəncədəki dava ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Gəncədə qonşular arasında baş verən dava ilə bağlı məlumat yayıb. DİN-dən verilən məlumata görə, iyulun 14-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini O.Nağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Alim Məmmədovu və S.Bağırovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədov ölüb, S.Bağırovanın vəziyyəti ağırdır. Hazırda faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az