14 iyul 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Salyan rayon Heydər Əliyev Mərkəzində "Gənclər arasında sosial mediadan istifadə qaydaları və sosial düşüncə" mövzusunda təlim keçirilib.
Demokrat.az xəbər verir ki, öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov iştirakçıları salamlayaraq bildirib ki, müasir dövrdə sosial şəbəkələrə maraq gündən-günə artır. Artıq günümüzü sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər.Təlimin keçirilməsində də əsas məqsəd gəncləri sosial mediadan faydalı istifadə barədə məlumatlandırmaqdır.
Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadə çıxış edərək bildirib ki, insanların daha asan şəkildə bir-biri ilə ünsiyyət qurmaları, əlaqələrini genişləndirmələri, yeni dostlar qazanmaları, məlumatlanma, maariflənmə və maarifləndirmə baxımından da sosial media mühüm rol oynayır. Məhz bu səbəbdən də insan həyatının ayrılmaz bir parçasına çevrilib.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadə təlimə başlayıb. Təlimin gedişində gənclər praktiki tapşırıqlar yerinə yetiriblər. Sonda gənclər yerinə yetirdikləri praktiki tapşırıqların təqdimatını həyata keçirib.






