Sosial Özəl

Koronavirusa qarşı peyvəndlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Koronavirusa qarşı peyvəndlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, "COVİD-19" infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün 2-ci doza və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici doza ilə peyvəndlənmə çağırır.

TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva bu barədə açıqlama verib.

“Hazırda ölkəmizdə epidemioloji vəziyyət tam şəkildə nəzarətdədir. Səhiyyə sistemlərimiz tərəfindən, xəstəxanalarımız tərəfindən iş yükünün artması müşahidə olunmur və hazırda olan xəstələrimizin idarə olunması üçün yetəri qədər resurslarımız mövcuddur. Məlumatı yaymaqda məqsədimiz fərqlidir. Hər bir hadisəyə vaxtında reaksiya vermək vacibdir. Biz əhaliyə müraciət edirik, onları ehtiyatlı olmağa çağırırıq. Bütün qoruyucu tədbirləri hər kəs gözəl bilir. Bunu təkrarlamağa ehtiyac yoxdur. Sadəcə, 65 yaşından yuxarı olan, xroniki xəstəlikləri olan insanlar unutmasın ki, xəstəlik tam şəkildə yox olmayıb, tək-tək də olsa, lokal da olsa, xəstəlik mövcuddur. Xəstə insan özünü sağlam insanlardan qorusa, yoluxmalarda artma olmaz.

Hər bir vətəndaş özündə yoluxucu xəstəliyin simptomunu hiss edərsə, cəmiyyət içinə çıxmamalı, yaşlılar və uşaqlarla təmasda olmamalıdır.

İkinci dozadan 6 ay keçibsə, mütləq buster doza vurulmalıdır. Buster dozasının vaxtı çatan bütün insanları bu dozanı vurdurmağa çağırıram.”

Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə, müvafiq addımların atılması məsələsinə baxıla bilər.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az