Sosial Özəl

Bakıda tikilən çoxmərtəbəli binalar seysmik baxımdan tələblərə cavab verirmi? — Ekpert RƏYLƏRİ

Bakıda tikilən çoxmərtəbəli binalar seysmik baxımdan tələblərə cavab verirmi? — Ekpert RƏYLƏRİ

Azərbaycan seysimik baxımından çox təhlükəli zonadır. Burada dəfələrlə güclü zəlzələlər olub və bu gün də Azərbaycanda seysimik təhlükənin olması ehtimalı çox böyükdür. Seysmik zona dedikdə həmin ərazidə güclü zəlzələ əmələ gəlməsinə görə təhlükəli ərazilər nəzərdə tutulur. Paytaxt Bakının ərazisi də bu təhlükədən uzaq deyil. Bəs, Bakıda tikilən çoxmərtəbəli binalar seysmik baxımdan tələblərə cavab verirmi?

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı bir hündürmərtəbəli bina tikilərkən seysmoloji xidmət həmin ərazi ilə bağlı rəy verir. Ekspertin sözlərinə görə, onların rəyi olmadan tikintinin aparılması mümkün deyil:

“Ümumiyyətlə, hündürmərtəbli binalar tikilərkən, həm Arxitektura Komitəsinin, həm İcra Hakimiyyətinin tikinti ilə bağlı ayrıca aktları olur, həm də həmin ərazinin seysmoloji tələblərə cavab verib-verməməsi ilə bağlı xüsusilə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilir ki, ora uyğundur, yoxsa deyil. Ondan sonra hər bir mərtəbə qalxdıqca Fövqəladə Hallar Nazirliyi ora baxış keçirir. Yəni, kor-koranə hər hansı tikilinin aparılması mümkün deyil. Hər hansı bir binanın çökməsi halı baş verərsə, bu ora nəzarətin zəif olmasından, müvafiq olaraq hansısa bir konstruksiyaya uyğun tikintinin aparılmaması səbəbindən baş verə bilər. Bakının bəzi zonalarında 12 mərtəbədən artıq tikmək qadağan edilib. Amma müəyyən yerlər də var ki, orada tikintiyə icazə verilmir, xüsusən də mərkəzi hissələrdə”.

Bakıda tikilən çoxmərtəbəli binalar seysmik baxımdan tələblərə cavab verirmi? — Ekpert RƏYLƏRİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli isə Demokrat.az-a açıqlamasında bildirib ki, bu işə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Onun sözlərinə görə, onlar da bu məsələyə çox ciddi yanaşırlar:

Bakıda tikilən çoxmərtəbəli binalar seysmik baxımdan tələblərə cavab verirmi? — Ekpert RƏYLƏRİ

“O qədər binalar var ki, onun tikintisinə icazə verməyiblər. Ümumiyyətlə, heç qəbul da etməyiblər ki, normativlərə uyğun deyil. Yəni, bilirəm ki, bu məsələyə çox ciddi yanaşırlar. Bakı Rixter şkalası ilə 8-9 bal intensivlikdə seysmik təhlükəyə məruz qala bilən zonadır. Ancaq, düzü, binaların tikintisinin keyfiyyətinə cavab verə bilmərəm. Yəni, burada bir sıra məsələlər var, orada istifadə olunan materialların keyfiyyəti də xüsusi önəm daşıyır. Qeyd edim ki, əvvəllər bizə müraciət edirdilər, biz də dəqiqləşdirirdik, o tikinti sahəsinin ballığını müəyyənləşdirirdik ki, ya 8-dir, ya da 9-dur. Axırı bir neçə ildir ki, ümumiyyətlə, müraciət edən yoxdur. Mənə elə gəlir ki, ya tikməkdən yorulublar, ya təzə tikən yoxdur, ya da ki, köhnədən alanlarla tikir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az