Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun xatirəsini yad edib.
Demokrat.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında paylaşım edib:
“Şəhidliyi ilə Qarabağ Zəfərinin ocağını alovlandıran qəhrəman komandir, general PoladHəşimovu şəhidliyinin 2-ci ilində rəhmətlə yad edirik. Səmayə anaya, qardaşına, bacısına, yoldaşına, övladlarına, silahdaşlarına, qəhrəman Azərbaycan ordusuna və xalqına başsağlığı veririk”.
Leyla Demokrat.azŞehadeti ile Karabağ Zaferinin fitilini ateşleyen kahraman komutan General Polat Haşimov’u şehadetinin 2.yılında rahmetle anıyoruz. Semaye anaya, gardaşı, bacısı, yoldaşı, evlatları, silah arkadaşları, kahraman Azerbaycan ordusuna ve milletine baş ve can sağlığı diliyoruz. 🇹🇷🇦🇿 pic.twitter.com/I3aIfgnQB3
— Cahit Bağcı (@cahitbagci) July 14, 2022


