Bu gün axşam saatlardan Suçqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat az Oxu.az-a istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, qəza zamanı “Opel” markalı minik avtomobili ilə TIR toqquşub.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Qəza zamanı minik avtomobili yararsız vəziyyətə düşüb.
Hadisə yerinə YPX və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.


