Gündəm Özəl

Deputat: “Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun başlanğıcı oldu”

Deputat: “Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun başlanğıcı oldu”

“2020-ci il 12 iyulda münaqişə bölgəsindən uzaqda Tovuz istiqamətində Ermənistanın yeni arzular uğrunda başladıqları geniş döyüş əməliyyatları Müzəffər Ordumuz qəhrəmancasına düşmənə ağır zərbə endirərək geri oturtdu. Təbii ki, bu hadisə tarixi qələbəmizin başlanğıcı oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll edilməsini və ərazilərini düşməndən azad olunmasına beynəlxalq ictimaiyyətin dəstəyi olacağını 30 il səbrlə gözlədi:

“Amma, düşmən münaqişəyə səbrlə yanaşmağımızdan sui-istifadə edərək geniş hərbi əməliyyatlara əl atmaqla yeni arzularını reallaşdırmağına cəhd etdi. Təbii ki, Tovuz döyüşlərində aldıqları ağır cavab, zərbə ermənilər üçün dərs olmalı idi və Azərbaycanın şanlı ordusunun gücünü görməliydilər. Amma bunun əksinə olaraq ermənilər sentyabrın 27-də növbəti təxribata əl atdılar və nəticədə Ali Baş Komandanın əmri ilə ordumuz 44 gündə ölkəmizin ərazi bütövlüyünü təmin edərək düşməni kapitulyasiya aktına imza atmağına məcbur etdi”.

Deputat: “Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun başlanğıcı oldu”

“Tovuz döyüşlərini bir neçə aspektən böyük tarixi əhəmiyyəti olduğunu hesab edirəm. Birincisi, bu döyüşlərdə Azərbaycan ordusu tam gücü ilə cəlb olunmamışdı. Sadəcə olaraq Müzəffər Ordumuz qismən hərbi gücdən istifadə etməklə, hərbi əməliyyat keçirərək düşmənin 100-dən çox hərbçisini, döyüş məntəqələrini və hərbi texnikalarını məhv etdi. Düzdür, bu döyüşlərdə general Polad Həşimov başda olmaqla, 12 hərbi qulluqçumuzu və 1 mülkü vətəndaşımızı itirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu döyüşlər dünyaya sübut etdi ki, Azərbaycanın generalları, komandirləri əsgərlərin arxasında gizlənmirlər. Əksinə ön pozisiyada əsgərlərlə çiyin-çiyinə dayanaraq torpaqlarını göz bəbəyi kimi qoruyurlar”.

“Həm də bu döyüşlərdə döyüş texnikamızı və taktikamızı qismən istifadə etməklə düşmənlərə ordumuzun gücü haqqında mesaj verdik. Tovuz döyüşləri Azərbaycan xalqının birliyini və Ali Baş Komandandan döyüş əmri gözlədiyini nümayiş etdirdi. Yəni, Tovuz döyüşləri başlanan ilk gündən 10 minlərlə gənc küçələrə axışaraq döyüşə getmək üçün səfərbər olunmağına hazır olduqlarını nümayiş etdirdi. Ali Baş Komandanın döyüşə getmək istəyənlərə ərazi hərbi komissarlıqlarında qeydiyyatdan keçməsinə, çağırışına 10 minlərlə gənc dərhal qoşuldu. Bu xalqın dövlət başçısı ilə birliyin nümayişi idi və 2 ay sonra başlanmış Vətən müharibəsində bu sarsılmaz birlik Azərbaycanı qələbəyə apardı. Beləliklə, Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun başlanğıcı olmaqla, dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəmizdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az