Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.
Belə ki, avtomobillərin hərəkətiüçün ciddi təhlükə yarandığındanGəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb.Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.
Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.





