İdman Özəl

Futbolçumuz məşhur İsveçrə klubuna keçdi

Futbolçumuz məşhur İsveçrə klubuna keçdi

Futbol üzrə millimizin hücumçusu Renat Dadaşovun yeni klubunun adına aydınlıq gətirilib.

Demokrat.az xəbər verir ki, 23 yaşlı futbolçu İsveçrənin “Qrasshopper” klubuna transfer olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasında 2+1 illik müqavilə bağlanıb.

İngiltərənin “Vulverhempton” klubuna məxsus forvard son mövsümü icarə əsasında “Tondella”da (Portuqaliya ) keçirib. “Qrasshopper” R.Dadaşov üçün yad klub deyil. Belə ki, yığmamızın üzvü 2 il əvvəl adıçəkilən komandada forma geyinib.

Zamiq Demokrat.az

D
demokrat.az