Gündəm Özəl

“Bütün qanunsuzluqların qarşısı alınacaq” — MİDA ilə bağlı daha bir AÇIQLAMA

“Bütün qanunsuzluqların qarşısı alınacaq” — MİDA ilə bağlı daha bir AÇIQLAMA

“Bildiyiniz kimi MİDA-nın "Güzəştli mənzil” sistemi vasitəsilə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O bildirib:

“Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə bir qrup kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, bir neçə şəxs satış nəticələrini saxtalaşdırmaq üçün müəyyən proqramlardan istifadə edərək nəticəni istədikləri kimi müəyyənləşdiriblər.

“Bütün qanunsuzluqların qarşısı alınacaq” — MİDA ilə bağlı daha bir AÇIQLAMA

Bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törənib. “Güzəştli mənzil” sistemi agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir”.

Millət vəkili vurğulayıb ki, agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək:

“Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix hələ ki məlum deyil, lakin növbəti mərhələdə satışların vətəndaşların da iştirak etməsinə şərait yaradılması bütün qanunsuzluqların qarşısını alacağını düşünürəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az