Hadisə

İsmayıllıda dəhşətli qəza — Ölənlər və yaralanan var

İsmayıllıda dəhşətli qəza — Ölənlər və yaralanan var

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az