İqtisadiyyat Özəl

Ekspert: "Ot bağlamasının bahalaşması ətin qiymətinə də təsir edəcək"

Ekspert: Ot bağlamasının bahalaşması ətin qiymətinə də təsir edəcək

Biləsuvarda quru ot bağlaması bahalaşıb. Mal-qaranın əsas qidasını təşkil edən quru otun bahalaşmasının səbəbi nə ilə bağlıdır?

Suallımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, bahalaşmanın əsas səbəbi əhalinin mal-qara üçün yoncanı az əkməsidir. Bundan əlavə, otlaq sahələrin faydalı formada istifadə edilməməsidir:

Ekspert: Ot bağlamasının bahalaşması ətin qiymətinə də təsir edəcək
“Qeyd edim ki, ölkədə otlaq sahələrin çoxu müəyyən şəxslər tərəfindən zəbt edilib. Bu səbəbdən də onlar həm də bu sahələri özləri bildikləri kimi istifadə edir. Digər məqam planlama düzgün aparılmamasıdır. Misal üçün, bir quru otun yığılması və kip formasına gətirilməsi üçün xidmət haqqı bahalışıb. Yəni, əgər 1 hektar sahəni 25 manata biçilirdirsə, indiki halda bu rəqəm 60 manatadək dəyişir. Nəticədə xidmət haqqı qiyməti bahalaşırsa, demək bu avtomatik qiymətə də təsir edir”.

İqtisadçının sözlərinə görə, ot bağlamasının bahalaşması ətin qiymətinə də təsir edəcək:

“Ətin qiymətinə gəldikdə, əlbəttə ki, bu artıma gətirəcək. Təbii ki, nə qədər qiymət artımı olacağını bazar müəyyən edir. Yəni, bu barədə tam rəqəm söyləmək çətindir. Çünki xidmətin göstərilməsinin özündə qiymət dəyişkəndir. Amma bu bahalaşma müvəqqətidirmi? Dövlət tərəfindən tənzimlənmə funksiyası aparılmasa, qiymətin düşməsi və ya bu vəziyyətdə qalması mümkünsüz görünür”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az