Gündəm

“Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır” — ŞƏRH

“Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır” — ŞƏRH

“Özbəkistanda baş verən hadisələrdə kənar təsirlərin rolunun olmadığını düşünmək sadəlövhlük olardı. Məsələ ondadır ki, son illərdə, xüsusilə türk birliyi yolunda atılan addımlar fonunda türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına edilən cəhdlər diqqət çəkir. Bir müddət öncə Qırğızıstanla Tacikistan arasında yaşanan gərginlik və ondan öncəki Qazaxıstanda baş verən etiraz aksiyaları buna misal ola bilər. Bu mənada Özbəkistanda baş verən hadisə həm Mərkəzi Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, ümumiyyətlə Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir:

“Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır” — ŞƏRH

“Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində olması, enerji resurları ilə zəngin olması, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib. Hesab edirəm ki, Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır. Düzdür, Rusiya mediası ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazsa da, bunun həqiqət payı yoxdur. Məsələ ondadır ki, Vaşinqtonun indiki məqamda Özbəkistanı qarşıdırması üçün elə də ciddi səbəbi yoxdur. Digər tərəfdən, Özbəkistanın müstəqil xarici siyasət yürütməsi Vaşinqtondan çox Kremli narahat edə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az