Biznes

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? — Aralarında Fərhad Əliyev də var

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? — Aralarında Fərhad Əliyev də var

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb. 2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.

Şirkət Rəhbəri İxracın miqdarı
“MKT İstehsalat Kommersiya” MMC (VÖEN- 9900008361) Həsənov Rövşən 79,6 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN- 9900047801) Mohammad Reza 40,9 milyon dollar
“P-Aqro” MMC (VÖEN-1404226851) Əlizadə Azər 24,8 milyon dollar
“STP Alüminium” MMC (VÖEN- 2906014721) Əliyev Fərhad 17 milyon dollar
“Aqrovest” MMC (VÖEN- 1403866861) Aslanov Maarif 16.5 milyon dollar
“ZR-78 Company” MMC (VÖEN-1102486011) Gasanov Nasib 15.8 milyon dollar
“Mors Trading” MMC (VÖEN-1604639301) Mehmet Savaş Uzan 14.5 milyon dollar
“Baku Steel Company” QSC (VÖEN-1000062011) Zeynalov Həmid 12.3 milyon dollar
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC (VÖEN- 1600030111) Rzayev Ramiz 10.6 milyon dollar
“Azmet” QSC (VÖEN - 6402897671) İbrahimov Murad 10.6 milyon dollar
Demokrat.az

D
demokrat.az