Hadisə

Qazaxda 10 yaşlı uşağı maşın vurdu

Qazaxda 10 yaşlı uşağı maşın vurdu

Qazaxda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Heydərli Yeganə Ramil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az