Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Türkmənistan, Azərbaycan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. Bəs Xəzəryanı dövlətlərin bir araya gəlməsinin əsas məqsədləri nədən ibarətdir?
Sualımızı cavablandıran siyasi şərhçi Azər Rəşidoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Kreml postsovet məkanının ona dəstək verməsini istəyir:

“Ehtimal edirəm ki, görüş zamanı Ukrayna məsələsi müzakirə ediləcək. Kreml istəyir ki, postsovet məkanı ona dəstək versin. Lakin Putin anlayır ki, Bakı bunu etməyəcək, odur ki, Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı müzakirə edilə bilər. Rusiya anlayır ki, Türkiyəyə güzəştə getmək zorundadır. Putinlə Əliyev arasında müzakirə predmeti olacaq. Şübhəsiz ki, bu məsələ Ankara ilə də razılaşdırılacaq”.
Aynurə Pənahqızı Demokrat.az


