İdman

İspaniya klubları “Qarabağ”ın legioneri ilə maraqlanır

İspaniya klubları “Qarabağ”ın legioneri ilə maraqlanır

"Qarabağ"ın futbolçusu Qaspar Panadero yenidən vətəni İspaniyada çıxış edə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Sequnda təmsilçiləri - "Kartaxena", "Albasete", "Burqos" və "Luqo"nun maraq dairəsinə düşüb.

Ağdam klubunun futbolçunu yenidən icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, Qaspar Panadero "Qarabağ"a 2021-ci ilin avqustunda İspaniyanın "Kadis" klubundan transfer olunub. Ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirmiş vingerin "köhlən atlar"la 2024-cü ilin yayınadək müqaviləsi var.

Demokrat.az

D
demokrat.az