Hadisə

İki ailənin yaşadığı ev yandı: Yaralı var

İki ailənin yaşadığı ev yandı: Yaralı var

Beyləqanda iki ailənin yaşadığı evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindənməlumat verilib.

Bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Demokrat.az

D
demokrat.az