Siyasət Özəl

“İqtisadi müharibə şiddətlənə bilər” — ŞƏRH

“İqtisadi müharibə şiddətlənə bilər” — ŞƏRH

Litva Rusiyaya qarşı ciddi sanksiyalar tədbiq edəcəyini elan edib. Bu sanksiya ilə Litva Rusiya ilə arasında olan bütün rəsmi razılaşmaların üzərindən xətt çəkmiş olur. Litvanın tranzit qadağası edəcəyi gözlənilir ki, bununla da Litva Rusiya ilə sərhədlərə nəzarəti də dəyişməli olacaq. Bu isə artıq siyasi oyundan hərbi fazaya keçid deməkdir. Bəs, Rusiya buna necə cavab verəcək? Belə bir addım nələrə səbəb ola bilər?

Məsələni Demokrat.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, qarşıdurmanın hərbi fazaya keçəcəyi ehtimalı hələki azdır. Çünki bu, Rusiya üçün ikinci cəbhənin açılmasıdır və Ukraynada müharibənin getdiyi vaxt Moskva maksimum bundan çəkinəcək:

“Litvaya qarşı müharibə NATO ilə müharibə deməkdir və NATO bunu istəmədiyi kimi, Rusiya da istəmir. Bu baxımdan, Rusiya Kalininqradın blokadasını dəniz və hava yolu ilə açmaq istiqamətində çalışacaq, yəni rusların daha əlverişsiz olsa da, çatdırmalarda alternativi var. Rusiyanın Litvaya cavabının iqtisadi müstəvidə olması gözləntisi daha çoxdur.

Moskva bundan öncə Litvanın elektrik enerjisini kəsib, bundan sonra Litva məhsulların satışına qadağa qoya, tranzit yollarını bağlaya bilər. Fikrimcə, hərbi qarşıdurma yox, iqtisadi müharibə şiddətlənə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az