Gündəm

Vahid Əhmədov icra başçılarının vəsaitləri mənimsədiklərini bildirdi

Vahid Əhmədov icra başçılarının vəsaitləri mənimsədiklərini bildirdi

“Sahibkarlığın inkişafına ayrılan vəsaitlərin əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov 2022-ci il dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, həmin vəsaiti icra başçılarının mənimsəmələrinə yol vermək olmaz:

“Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin”, - deyə o əlavə edib.

Məlik Demokrat.az

D
demokrat.az