Bu gün Salyan rayon Olimpiya İdman Kompleksində futbol üzrə c kateqoriyalı məşqçi-müəllim Vasif Əliyevin rəhbərliyi ilə Salyan "Muğan" PFK-nın U-10 - U-14 uşaq və yeniyetmə futbolçularının növbəti məşqləri keçirilmişdir.
Demokrat.az xəbər verir ki, futbolçuların məşq prosesini Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yaxından izləmişdir.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov İdmanın inkişafı və təbliğinin sağlam həyat tərzi vərdişlərinin aşılanmasının başlıca amili olduğunu və ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunduğunu qeyd etdi. İdmançılara fəaliyyətlərində uğurlar arzuladı
Futbol üzrə c kateqoriyalı məşqçi-müəllim Vasif Əliyev bildirdi ki, bu gün idmana və idmançılara dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğını hər birimiz öz üzərimizdə hiss edirik. Ölkəmizdə idmana göstərilən qayğının nəticəsində Azərbaycan idmanı bu gün öz yüksəliş dövrünü yaşayır.








Məlik Demokrat.az


