Hadisə

Sabirabadda bacı-qardaş zəhərləndi, bacı öldü

Sabirabadda bacı-qardaş zəhərləndi, bacı öldü

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib.

Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içib.

Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb.

Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az