Hadisə

Bakıda ikimərtəbəli binada yanğın baş verdi — VİDEO (YENİLƏNİB)

Bakıda ikimərtəbəli binada yanğın baş verdi — VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Demokrat.az-a verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Saat 21:46

Bakıda yanğın baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

Yanğın üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Demokrat.az

D
demokrat.az