Sosial Özəl

ABŞ-dan Ukraynaya 1 milyardlıq YARDIM

ABŞ-dan Ukraynaya 1 milyardlıq YARDIM

ABŞ prezidenti Co Bayden Ukraynaya daha 1 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Demokrat.az bildirir ki, bu barədə Ağ Evin saytındakıbəyanatındadeyilir .

Paketə əlavə artilleriya və sahil müdafiəsi, həmçinin MLRS üçün döyüş sursatları daxildir.

Bundan əlavə, Bayden müharibədən zərər çəkmiş ukraynalılar üçün 225 milyon dollar məbləğində əlavə humanitar yardım göstəriləcəyini də açıqlayıb.

"Ukrayna xalqının cəsarəti, möhkəmliyi və qətiyyəti dünyanı ruhlandırmaqda davam edir. ABŞ isə müttəfiqləri və tərəfdaşları ilə birlikdə azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sadiqliyindən dönməyəcək", - ABŞ prezidentinin bəyanatında deyilir.

Leyla Demokrat.az

D
demokrat.az