Gündəm Özəl

Deputat: “Kiminsə çimərlik bölgəsini hasarlamağa, ödənişlər təyin etməyə haqqı çatmır”

Deputat: “Kiminsə çimərlik bölgəsini hasarlamağa, ödənişlər təyin etməyə haqqı çatmır”

“Bildiyimiz kimi, artıq tezliklə çimərlik mövsümünə start veriləcək. Hər kəsin arzusu və istəyi ondan ibarətdir ki, bütün çimərliklər bizim vətəndaşlar, sadə xalq üçün ödənişsiz olsun. Düşünürəm ki, bunu aidiyyatı icra hakimiyyətləri və bələdiyyələr ən yüksək səviyyədə təşkil etməlidirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, bəzi çimərlik ərazilər hansısa konkret iaşə obyektləri tərəfindən icarəyə götürülüb və onlar müəyyən pullu xidmətlər göstərirlər:

Deputat: “Kiminsə çimərlik bölgəsini hasarlamağa, ödənişlər təyin etməyə haqqı çatmır”

“Hesab edirəm ki, istənilən halda hər bir vətəndaşımızın çimərlikdən ödənişsiz istifadə etmək haqqı var və bu haqq hər bir vətəndaş üçün tanınmalıdır. Ancaq orada vətəndaş əlavə xidmətlərdən istifadə edəcəyi təqdirdə, hansısa qida və digər xidmətlərdən istifadə edəcəksə, o zaman ödəniş edə bilər. Ancaq, ümumillikdə isə bütün vətəndaşlar üçün istənilən çimərlik ödənişsiz olmalıdır. Bunu da təmin və təşkil etmək aidiyyatı qurumların birbaşa borcudur. Kiminsə çimərlik bölgəsini hasarlamağa və yaxud orada hansısa haqq yığmağa, hansısa süni ödənişlər təyin etməyə haqqı çatmır. Aidiyyatı orqanlardan, qurumlardan xahişimiz ondan ibarətdir ki, isti yay aylarında vətəndaşların istirahətlərinin normal səviyyəli, keyfiyyətli formada təşkilinə öz dəstək və köməklərini əsirgməsinlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az