Gündəm Özəl

Zelenski: "Mən Putinlə danışmağa hazıram"

Zelenski: Mən Putinlə danışmağa hazıram

Ukrayna Prezidenti Volodimr Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib.

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı açıqlama verib.

"Bu gün Rusiya ordusunun dayanıb-dayanmayacağına yalnız bu ölkənin prezidenti qərar verir. Rusiya müharibəni bitirmək istəyirsə onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Danışıqlar masası Ukraynasız mümkün deyil. Biz həm vasitəçilərlə, həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram”, - deyə Zelenski bildirib.

Leyla Demokrat.az

D
demokrat.az