"Qərb ölkələri Ukraynanın müharibədə qələbəsi üçün ölkəmizi dəstəkləməyə davam etməlidirlər. Ukraynalılar öz mübarizələri ilə sübut etdilər ki, yardıma tam layiqdirlər".
Demokrat.az xəbər verir ki, bu sözləriUkraynanın xarici işlər naziriDmitri Kuleba “Twitter” səhifəsində yazıb.
O, Ukraynanın Kiyev, Çerniqov, Sumı, Xarkov uğrunda mühüm döyüşlərdə məharətini göstərdiyini və qalib gəldiyini qeyd edib.
Ukraynanın kifayət qədər silahı olarsa nə edə biləcəyini təsəvvür edin. Mən tərəfdaşları Ukraynanın qələbəsini aydın məqsəd kimi müəyyənləşdirməyə və ölkəyə ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram", - XİN başçısı vurğulayıb.
Leyla Demokrat.az


