Sosial Özəl

“Qeyri-rəsmi nikahların iki əsas problemi var” — Vəkil

“Qeyri-rəsmi nikahların iki əsas problemi var” — Vəkil

Ölkəmizdə ailənin mövcudluğu yalnızca rəsmi nikahla tanınsa da, dini və vətəndaş nikahı ilə yaşayanlar da var. Təəssüf ki, bu fakt nigahdankənar doğulan uşaqların sayında öz əksini tapır. Son statistika göstərir ki, nigahdankənar doğulan uşaqların sayı ümumi doğum sayının 14 faizini təşkil edir.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirdi ki, qeyri-rəsmi nigahların iki əsas problemi var: mülkiyyət məsələsi və dünyaya gələn uşaqların sənəd problem.

“Nigahdankənar doğulmuş uşaqların hüquqları eyni nigahdan doğulan uşaqların hüquqları kimi eyni dərəcədə qorunur. Uşaq əgər nigahdankənar doğulursa, uşağın atalığının müəyyən edilməsi məsələsi iki yolla müəyyən olunur. Valideynlərin birgə müraciəti əsasında ata qrafasına uşağın soyadı, ata adı müəyyən edilir.

Əgər birlikdə müyyən edilmədiyi halda məhkəmə qətnaməsi ilə bu məslə həll olunur. Əgər ata razılıq bildirməsə, uşağın ata qrafası soyadı yerinə ananın soyadı yazılır və uşağın ata adı qrafasında isə ananın seçiminə görə uşağın atasının adı yazılır” – deyə vəkil vurğulayıb.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az