İqtisadiyyat Özəl

Dollara tələb niyə azalıb? — RƏY

Dollara tələb niyə azalıb? — RƏY

Azərbaycanda bu gün keçirilən valyuta hərracında dollara tələb minimum səviyyədə olub. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hərracda tələb 18,2 milyon ABŞ dolları olub və tələb tam təmin edilib.Bu məbləğ 2022-ci ildə keçirilən hərraclarda qeydə alınan ən aşağı məbləğdir. Cari ildə ən aşağı tələb mayın 26-da keçirilən hərracda olmuşdu. Həmin hərracda dollar alışının məbləği 24 milyon idi. Hərracların nəticələrinin təhlili göstərir ki, bu il dollara tələb zəifdir və tələbdə azalma may ayından bir qədər də güclənib.

Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu hərraclar heç nəyin göstəricisi deyil.

“Hazırda ölkəmizdə 25 bank var və hamısı da Mərkəzi Bankın nəzarəti altındadır. Elə hərracları da keçirən elə Mərkəzi Bankdır. Qeyd edim ki, Elman Rüstəmovun sədrliyi vaxtında banklara əvvəlcədən deyilirdi ki, bu məbləğdən çox verməyin. Ona görə də, belə hərracların ölkəmizdə keçirilməsinin mənası yoxdur. Bu, sərbəst hərrac deyil. Hərracda iştirak edənlərə hərracı keçirən nəzarət edir. Təsəvvür edirsiniz də Mərkəzi Bank bir tərəfdən pul siyasətini həyata keçirir, yəni manatın məzənnəsini, dollar satır. O biri tərəfdən də o banklara da nəzarət edir. Yəni, banklar hardasa ondan asılı vəziyyətdədir. Məhz bu səbəbə görə, bir neçə il bundan əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatası təsis olundu ki, yəni nəzarət səlahiyyəti orada olsun. Banklar asılı olmasın Mərkəzi Bankdan. Amma, indi ola bilər ki, müəyyən obyektiv səbəblər də var. Yəni, bu dəqiqə dollar almaq üçün gərək milli valyuta da əhalidə çox olsun. Bu dəqiqə əhalidə gəlir vəziyyəti ürəkaçan deyil, qiymət artımı var. Ümumiyyətlə, bu hərraclar heç nəyin göstəricisi deyil”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az