Sosial

Avtobuslarda kondisionerlər niyə işləmir? — AÇIQLAMA

Avtobuslarda kondisionerlər niyə işləmir? — AÇIQLAMA

Bu il havanınbir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir.

İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslardayol getmək adamın ürəyini sıxır.

Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Amma buna baxmayaraq, bir çox avtobuslarda hələ də kondisionerlər qoşulmayıb.Necə deyərlər, nə əsər var, nə əlamət...

Maraqlıdır, tapşırıq verilməsinə baxmayaraq, kondisionerlərin işləməməsinin səbəbi nədir?

Məsələ ilə bağlıLent.az-ın sorğusunu Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibiQabil Babayevcavablandırıb.

O bildirib ki, təchizat zəncirinin pozulduğu üçün ehtiyat hissələrinin çatışmazlığı mövcuddur:

“Hazırda cəmiyyətimiz tərəfindən müntəzəm marşrut xətlərində istifadə olunan avtobusların 90 faizində kondisionerlər standart olaraq çalışır.

Eyni zamanda bildiririk ki, hazırda bir sıra sahələrdə olduğu kimi təchizat zəncirinin pozulması səbəbindən ehtiyat hissələrinin çatışmazlığı mövcuddur.

Lakin yaxın vaxtlarda respublikamıza ehtiyat hissələrinin gətirilməsi gözlənilir. Ehtiyat hissələri tədarük edildikdən sonra avtobuslarda işləməyən kondisionerlər də təmir olunacaq”.

D
demokrat.az