Dünən səhər saatlarında Novxanı ərazisində nəğməkar-şair Cəlal Qurbanov at çaparkən itlərin hücumuna məruz qalması ilə bağlı mediada xəbərlər yer aldı. O, övladları ilə birgə at çaparkən 20-dən çox it onun atına hücum edib. Şair paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsinə yerləşdirilib. Dünən hadisə ilə bağlı Cəlal Qurbanovun yaxın dostu, tanınmış teleaparıcı Lalə Azərtaş İnstagram hesabında paylaşıb edib, hadisəni daha dəqiq izah edərək bildirib ki, itlə Mircəlala deyil, onun atına hücum edib, həmin an övladları bir qədər aralıda olduqlarından xəsarət almayıblar. Cəlal Qurbanov isə atdan yıxıldığı üçün xəsarət alıb.
Məsələ ilə bağlı tanınmış teleaparıcı Lalə Azərtaşla əlaqə saxlayıb Cəlal Qurbanovun vəziyyətini xəbər aldıq:

“Hazırda palatadadır, səhər köçürülüb. Sabah evə buraxılması gözlənilir. Allah onu sevdiklərinə bağışlayıb. Çünki ağır qəzadır, dəhşətli hadisədir. Güclü xəsarət ala bilərdi. Amma demək ki, insanın etdiyi yaxşılıqlar onu belə vəziyyətlərdə xilas edir. Çox şükür ki, Cəlal belə ağır qəzadan yüngül xəsarətlə qurtulub. Sabah inşallah balalarının, anasının, əzizlərinin yanında , evində olacaq. Bu qəzada yeganə yaxşı tərəf o oldu ki, hər kəs, elə Mircəlalın özü də necə sevildiyinin şahidi oldu. Mən buna əmin idim, bir daha şahid oldum. Allah şəfasını versin, bir də belə hadisələr onun qapısını döyməsin. Mircəlal yaxşı oğuldur, daim ona ehtiyacı olanların yanındadır. İnanıram ki, o insanların duası daim Cəlalla birlikdə olacaq”.
Gülçin Qorxmaz Demokrat.az


