Hadisə

Şəmkirdə polis yol qəzasında həlak oldu

Şəmkirdə polis yol qəzasında həlak oldu

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Məlik Demokrat.az

D
demokrat.az