İdman

Bu gün Azərbaycan millisinin matçı var

Bu gün Azərbaycan millisinin matçı var

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq.

Demokrat.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq.

Saat 18:00-da start götürəcək qarşılaşma “Astana Arena”da keçiriləcək. UEFA Millətlər Liqası C Liqası, 3-cü qrup 3 iyun 18:00. Qazaxıstan – Azərbaycan Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan). Nur-Sultan, “Astana Arena”.

Rza Məlik

D
demokrat.az