"Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək və Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq".
Demokrat.az xəbər verir ki, bu barədə Alyansın baş katibiYens Stoltenberq bildirib.
O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir: "Çünki “müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün yüksək nailiyyət əldə edir, lakin Rusiya da böyük itki verir", - NATO-nun baş katibi deyib.
Leyla Demokrat.az


