Gündəm Özəl

“Daha üstün təcrübələrin əldə edilməsində bu tip təlimlərin mühüm əhəmiyyəti vardır” — Hərbi ekspert

“Daha üstün təcrübələrin əldə edilməsində bu tip təlimlərin mühüm əhəmiyyəti vardır” — Hərbi ekspert

“Azərbaycanla NATO arasında münasibətlər 1994-cü ilin may ayından davam edir”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində bir çox proqramlar, planlar və proseslər üzrə Azərbaycan ilə Şimal Alyansı arasında uğurlu, səmərəli əməkdaşlıq bu gün də davam etməkdədir:

“Daha üstün təcrübələrin əldə edilməsində bu tip təlimlərin mühüm əhəmiyyəti vardır” — Hərbi ekspert

“Hazırda Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutu ilə bərabər Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "NATO-da əməliyyatın planlama prosesi" mövzusunda təlim kursu davam etməkdədir. Davam edən bu təlimlər nəticəsində Müdafiə Nazirliyi strateji planlaşdırma sənədlərinin işlənib hazırlanması, hərbi və təlim prosesində müasir standartların tətbiqi, sülhməramlı qüvvələrimizin hazırlığı, şəxsi heyətin idarə olunması, təhlükəsizlik, təminat, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və s. üzrə daha üstün təcrübələrin əldə edilməsində bu tip təlimlərin mühüm əhəmiyyəti vardır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az