Hadisə

Goranboyda qəza: xəsarət alanlar var

Goranboyda qəza: xəsarət alanlar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya aparılıblar.

Hadisənin təfərrüatları və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az