Gündəm

Misir Mərdanov dövlət imtahanının ləğv edilməsi tələbindən danışdı

Misir Mərdanov dövlət imtahanının ləğv edilməsi tələbindən danışdı

Xəbər veridiyimiz kimi, sonuncu kurs ali məktəb tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Bu məsələ son günlər mətbuatın gündəmindədir. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı Təhsil Nazirliyinə müraciət ediblər. Təhsil ekspertləri də bu mövzuda tələbələrə dəstək göstərirlər. Onlar dövlət imtahanının ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıblar. Bir qrup ekspert düşünür ki, dövlət imtahanı ilə tələbənin biliyini yoxlamaq absurddur. Çünki tələbə onsuz da hər semestr müvafiq fənn üzrə imtahan verir.

Bununla bağlı Pravda.az-ın əməkdaşı sabiq təhsil naziri Misir Mərdanovun əlaqə saxlayıb.

M.Mərdanov bildirib ki, bu, “Ali Təhsil haqqında” qanunda və müvafiq qaydada təsdiq olunmuş dövlət sənədlərində qeyd olunub.

Sabiq nazir dövlət imtahanının ləğvinin doğru olub-olmaması məsələsinə isə münasibət bildirməyib.

Demokrat.az

D
demokrat.az