Gündəm Özəl

Kanada Kabayeva da daxil, bu şəxslərə sanksiya tətbiq etdi

Kanada Kabayeva da daxil, bu şəxslərə sanksiya tətbiq etdi

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Kanada Rusiya Federasiyasının dörd maliyyə qurumuna və Rusiya prezidenti Vladimir Putinə yaxın olan Alina Kabayevada daxil olmaqla, 22 nəfərə qarşı sanksiya tətbiq edib .

Bu barədə Kanada hökumətininsaytında yerləşdirilən məlumatda deyilir.

"Kanada prezident Putinin Ukraynanın ərazi bütövlüyünü pozmaq üçün atdığı hər bir hərəkətə görə müvafiq əks tədbirlər görəcək. Kanada əsassız hərəkətlərinə görə Rusiya rejiminə qarşı köklü addımlar atacaq. Biz Ukraynanın və onun xalqının tərəfindəyik", - Kanada xarici işlər nazirliyindən bildirilib.

Qeyd olunur ki, sanksiyalar Ukraynaya qarşı mənasız müharibəyə son qoymaq üçün Rusiya rəhbərliyinə növbəti təzyiqlər tətbiq etmək məqsədi daşıyır.

Leyla Demokrat.az

D
demokrat.az