Hadisə

Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az