Gündəm Özəl

"Rusiya bu sahədə beynəlxalq hüququn bütün normalarını pozur”— Duda

Rusiya bu sahədə beynəlxalq hüququn bütün normalarını pozur”— Duda

"Ukraynanın bu danışıqlarda fəal iştirakı olmadan Rusiya ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı istənilən razılaşma mümkün deyil".

Demokrat.az bildirir ki, “Ukrinform"un məlumatına görə,bu sözləri Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Polşa prezidenti Anjey Duda birgə mətbuat konfransı zamanı deyib.

Dudanın sözlərinə görə, Varşava Rusiya ilə Ukrayna arasında silahlı münaqişəsinin tez bir zamanda həllinin tərəfdarıdır:

“Lakin Ukraynanın qonşuları olaraq bir məsələyə şübhəmiz yoxdur.Rusiyaheç bir səbəb və rasional əsas olmadan Ukraynaya hücum edib, Rusiya bu sahədə beynəlxalq hüququn bütün normalarını pozur”, - Duda bildirib.

O qeyd edib ki, bu silahlı münaqişə sülh yolu ilə dayandırılmalıdır:

“Müharibənin dayandırılması ilə bağlı qərarların danışıqlar yolu ilə hazırlanacağı masada Ukrayna olmalıdır"– Polşa lideri bildirib.

Leyla Demokrat.az

D
demokrat.az